Rusiya qoşunları Ukraynanın Xarkov və Xerson vilayətlərinə zərbələr endirib, nəticədə 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Məlumata görə, Xarkovun Şevçenko rayonunda pilotsuz uçuş aparatı mülki müəssisəyə zərbə endirib, 5 nəfər xəsarət alıb, 2 nəfər ölüb.
"Xəsarət alanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir", - Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında qeyd edib.
Öz növbəsində, Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, regionun yaşayış məntəqələrinə dron hücumları, aviazərbələr və artilleriya atəşləri nəticəsində 1 nəfər ölüb, daha 12 nəfər yaralanıb, onlardan biri uşaqdır.