Meksikanın Karib dənizi sahilindəki çimərlik kurortlarını birləşdirən şosedə yol-nəqliyyat hadisəsi nəticəsində beş argentinalı və bir meksikalı ölüb.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Kintana-Roo ştatının prokurorları qəzanın bazar günü Kankun və Playa-del-Karmendən cənubda yerləşən Tulum və Puerto-Aventuras kurortları arasındakı magistral yolda baş verdiyini bildiriblər.
Məlumata görə, iki avtomobilin toqquşması sonucunda altı nəfərin ölümü ilə yanaşı iki nəfər də yaralanıb.
Rəsmilər qəzanın baş vermə səbəbi kimi yağışsız əlverişsiz hava şəraitinə işarə edirlər. Onların sözlərinə görə, argentinalıları daşıyan avtomobilin sürücüsü idarəetməni itirərək qarşı tərəfə çıxıb.
Meksika Prezidenti Andres Manuel Lopes Obrador bazar ertəsi baş vermiş qəzaya münasibət bildirərək onu “qorxunc, çox qorxunc” adlandırıb.
Bizim WhatsApp kanalımıza abunə olun