Kanada Ukraynaya 800-dən çox “SkyRanger R70” çoxməqsədli pilotsuz uçuş aparatları bağışlayacaq.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Uilyam “Bill” Bler bildirib.
Ontario ştatının Vaterloo şəhərindəki “Teledyne” şirkətindən alınmış dronların dəyəri 95 milyon Kanada dollarından (70,44 milyon ABŞ dolları) çox qiymətləndirildiyi vurğulanaraq ianənin Baş nazir Castin Trüdonun elan etdiyi 500 milyon Kanada dolları məbləğindəki hərbi yardımla maliyyələşdirildiyi qeyd edilib.
“Bugünkü elan Ukraynanı döyüşlər üçün kritik olan hədəfləri aşkar etmək və müəyyən etmək üçün lazım olan dronlara malik olmasını təmin edir. Kanada nə qədər lazımdırsa, Ukraynanın yanında olacaq”, – Bler söyləyib.
Bizim Telegram kanalımıza abunə olun