IMG-LOGO

Son iki ayda gecikdirilmiş 108 min manatdan çox vəsait işçilərə ödənilib

11 Mar 2026 10:34 5 baxış
IMG

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda işəgötürənlər 108 312 manatdan çox vəsaitin işçilərə ödənilməsini gecikdirib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, işəgötürənlərin həmin vəsaitləri işçilərə ödəməsi təmin edilib. Bu vəsaitlərin 96 faizi əməkhaqqı, 4 faizi isə müavinət və zərərə görə ödəncdən ibarət olub.

Eyni zamanda araşdırılmalar zamanı 26 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyənləşib və həmin şəxslər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Xəbər lenti