IMG-LOGO

Azərbaycan Qazaxıstana marqarin tədarükünü bərpa edib

11 Mar 2026 09:29 3 baxış
IMG

Ötən il Azərbaycandan xaricə 1,7 milyon ABŞ dolları dəyərində 974,4 ton marqarin (maye marqarindən başqa) göndərilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 28 % azdır.

Hesabat dövründə Azərbaycan Gürcüstana 1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 18 % az) 889 ton (-28 %) və Qazaxıstana 3,89 min ABŞ dolları dəyərində 2,11 ton məhsul satıb.

Azərbaycan 8 il 8 aylıq fasilənin ardından Qazaxıstana marqarin tədarükünü bərpa edib.

Xəbər lenti