IMG-LOGO

ABŞ Rumıniyadan Mixail Koqelniçanu aviabazasında əlavə hərbi qüvvələrin yerləşdirilməsini istəyib

11 Mar 2026 09:46 3 baxış
IMG

ABŞ Rumıniyaya ölkənin şərqindəki Mixail Koqelniçanu aviabazada Yaxın Şərqdəki döyüş əməliyyatlarında sonradan iştirak etmək üçün əlavə qüvvələr yerləşdirməsi barədə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə TASS "Digi24" telekanalına istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, söhbət əlavə qırıcıların və hərbi qulluqçuların yerləşdirilməsindən gedir, lakin onların sayı açıqlanmır.

Rumıniyanın Prezidenti Nikuşor Dan isə öz növbəsində martın 11-də ölkənin Ali Müdafiə Şurasının iclasını keçirəcək, burada ABŞ hərbi qüvvələrinin ölkədə müvəqqəti yerləşdirilməsinin "təhlili" aparılacaq.

Xəbər lenti