Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatın aparılmasına gündəlik 900 milyon dollar xərcləyir.
"Report"un məlumatına görə, bunu ABŞ Senatında respublikaçı əksəriyyətin lideri Con Tun jurnalistlərə açıqlayıb.
"Bu, əhəmiyyətli rəqəmdir, lakin hesab edirəm ki, yaxşı mövqelərdəyik. Biz məqsədlərimizə nail oluruq", - deyə Tun bildirib.
"Bu, yerinə yetirilməli olan mühüm missiyadadır və ümid edirəm ki, yaxın zamanda başa çatdırılacaq", - deyə senator əlavə edib.