Xaricdə yaşayan və işləyən insanlar üçün ən böyük məlumat mənbəyi olan “InterNations” dünyada yaşamaq üçün 49 şəhərin daxil olduğu ən yaxşı şəhərlərin reytinqini tərtib edib.
Lent.az xəbər verir ki, reytinq tərtib edərkən “InterNations” təkcə yaşayış, mənzil və ya kommunal xidmətlərin dəyəri kimi iqtisadi məsələləri deyil, həm də şəhər sakinlərinin davranışlarını və qonşularla birgə yaşamalarını, təhlükəsizliyi, turizm irsini, qastronomiya, iqlim və ya mülki əhalinin xarakteri kimi daha qeyri-maddi elementləri nəzərə alıb.
Yaşamaq üçün ilk üç ən yaxşı şəhər İspaniya şəhərləridir: Malaqa, Alikante, Valensiya. Ümumilikdə İspaniyanın ilk üç şəhəri ilə yanaşı, siyahıda Madrid və Barselona da yer alıb. Reytinq göstərir ki, İspaniya məskunlaşmaq üçün ən yaxşı həyat keyfiyyətinə malik ölkədir.
Siyahını İtaliyanın Milan şəhəri yekunlaşdırır.
Yaşamaq üçün ən yaxşı 49 şəhərin siyahısını təqdim edirik:
1. Malaqa (İspaniya)
2. Alikante (İspaniya)
3. Valensiya (İspaniya)
4. Ras-əl-Hayma (Birləşmiş Ərəb Əmirlikləri)
5. Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri)
6. Madrid (İspaniya)
7. Mexiko (Meksika)
8. Kuala Lumpur (Malayziya)
9. Banqkok (Tayland)
10. Maskat (Oman)
11. Dubay (Birləşmiş Ərəb Əmirlikləri)
12. Lissabon (Portuqaliya)
13. Barselona (İspaniya)
14. Amsterdam (Niderland)
15. Nayrobi (Keniya)
16. Sürix (İsveçrə)
17. Afina (Yunanıstan)
18. Stokholm (İsveç)
19. Lüksemburq (Lüksemburq)
20. Haaqa (Niderland)
21. Ər-Riad (Səudiyyə Ərəbistanı)
22. Praqa (Çexiya)
23. Tallinn (Estoniya)
24. Doha (Qətər)
25. Budapeşt (Macarıstan)
26. Tokio (Yaponiya)
27. Sidney (Avstraliya)
28. Sinqapur (Sinqapur)
29. Lozanna (İsveçrə)
30. Cenevrə (İsveçrə)
31. Brüssel (Belçika)
32. Varşava (Polşa)
33. Kopenhagen (Danimarka)
34. Honkonq (Honkonq)
35. Toronto (Kanada)
36. Vyana (Avstriya)
37. Frankfurt (Almaniya)
38. Münhen (Almaniya)
39. Nyu-York (ABŞ)
40. Seul (Cənubi Koreya)
41. Paris (Fransa)
42. London (Böyük Britaniya)
43. İstanbul (Türkiyə)
44. Dublin (İrlandiya)
45. Berlin (Almaniya)
46. Hamburq (Almaniya)
47. Vankuver (Kanada)
48. Roma (İtaliya)
49. Milan (İtaliya)