IMG-LOGO

BƏƏ sahillərində konteyner gəmisi mərmi dəyməsi nəticəsində zədələnib

11 Mar 2026 08:19 3 baxış
IMG

Fars körfəzinin BƏƏ sahillərində naməlum konteyner gəmisi hələlik müəyyən edilməmiş mərminin dəyməsi nəticəsində zədələnib.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə BƏƏ-dəki Ras Əl-Xaymadan təxminən 25 dəniz mili şimal-qərbdə baş verib.

"Hazırda zədələrin dərəcəsi müəyyənləşdirilir, heyət üzvləri təhlükəsizlikdədir, səlahiyyətli qurumlar hadisənin araşdırılmasını davam etdirir", - məlumatda qeyd olunub.

Gəmilərə hər hansı şübhəli fəaliyyət barədə agentliyə məlumat vermək tövsiyə edilib.

Xəbər lenti