IMG-LOGO

Şimali Koreya strateji qanadlı raketlər sınaqdan keçirib

11 Mar 2026 07:48 3 baxış
IMG

Koreya Xalq Demokratik Respublikası (KXDR) gəminin döyüş imkanlarının qiymətləndirilməsi üzrə davam edən sınaqlar çərçivəsində "Choe Hyon" esminesinin göyərtəsindən strateji qanadlı raketlərin sınaq buraxılışını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə CTAK məlumat yayıb.

Məlumata görə, Şimali Koreya lideri Kim Çen İn buraxılışı videobağlantı vasitəsilə izləyib.

"Buraxılan qanadlı raketlər Koreya Qərb dənizi (Sarı dəniz - red.) üzərində müəyyən edilmiş trayektoriya ilə 10 116 - 10 138 saniyə ərzində uçaraq ayrı-ayrı hədəfləri vurub", - materialda qeyd olunub.

Kim Çen İn strateji silahların komandanlığının dövlət inteqrasiya sisteminin etibarlılığının və gəminin inteqrasiya olunmuş döyüş sisteminin üstünlüyünün təsdiqlənməsindən böyük məmnunluq ifadə edib. KXDR lideri, eyni zamanda, praktik zərurət və ölkənin reallıqları baxımından gəmi silah sistemlərinin kompozisiyasına yenidən baxılması barədə göstəriş verib. Xüsusilə o qeyd edib ki, düşmən donanmasına qarşı əməliyyat imkanlarını artırmaq üçün su tutumu 5 və 8 min ton olan döyüş gəmilərində göyərtə artilleriya qurğuları əvəzinə, əlavə olaraq səsdən sürətli raketlər quraşdırmaq lazımdır.

Kim Çen İn həmçinin vurğulayıb ki, dövlətin nüvə silahlı qüvvələri çoxtərəfli tətbiq mərhələsinə keçib, son vaxtlar isə KXDR-də strateji və taktiki zərbə vasitələrinin işlənib hazırlanması və tətbiqi sahəsində mühüm praktik uğurlar əldə edilib. Bütün bunlar ölkənin özünümüdafiəsinin zəruri elementlərinin bir hissəsidir.

Xəbər lenti