IMG-LOGO

KİV: ABŞ-nin Bağdaddakı diplomatik binasına dron hücumu olub

11 Mar 2026 07:58 3 baxış
IMG

ABŞ-nin Bağdaddakı diplomatik kompleksiniun pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən yazıb.

Verilən məlumatlara görə, Bağdad aeroportunun və İraq hərbi bazalarının yaxınlığında yerləşən, ABŞ diplomatik korpusunun logistik təminatı ilə məşğul olan ABŞ diplomatik dəstək mərkəzi altı PUA-nın hücumuna məruz qalıb, onlardan beşi vurulub.

WP qeyd edib ki, PUA zərbəsi müşahidə qülləsinin yaxınlığındakı yerə tuş gəlib. Mümkün tələfat barədə məlumat verilməyib. Qəzetin mənbələri bildirib ki, ABŞ administrasiyası ehtimal edilən PUA zərbəsinə görə məsuliyyət daşıyanları müəyyənləşdirir.

Daha əvvəl Bağdad aeroportunun yaxınlığında yerləşən ABŞ diplomatik obyektinə PUA hücumu barədə "Reuters" agentliyi məlumat vermişdi. Onun məlumatına görə, zərbə iki PUA-nın tətbiqi ilə endirilib.

Xəbər lenti