IMG-LOGO

Rihannanı öldürmək istəyən qadına qarşı ittiham irəli sürüldü

11 Mar 2026 07:11 3 baxış
IMG
0 0

Ötən həftə amerikalı müğənni Rihannanın evinə atəş açan qadın qəsdən adam öldürməyə cəhddə ittiham olunub.

Lent.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə martın 9-da müğənni Los-Ancelesdəki evində olarkən avtomobillə oradan keçən bir qadın onun evini AR-15 tipli silahdan atəşə tutub.

Hücumçunun 35 yaşlı İvanna Ortiz olduğu müəyyən edilib. “New York Post” qəzetinin məlumatına görə, o, sosial media hesabında dəfələrlə Rihanna haqqında təhqiramiz paylaşımlar edib.

Prokurorlar bildirirlər ki, Rihannanın evinə yarımavtomat tüfəngdən atəş açmaqda günahlandırılan qadın qəsdən adam öldürməyə cəhd də daxil olmaqla, ondan çox maddə ilə ittiham olunub.

Rihanna

Xəbər lenti