IMG-LOGO

Eyfel qülləsi tətil səbəbindən bağlanacaq

19.02.2024 21:16 47 baxış
IMG

Eyfel qülləsinin işçiləri bu memarlıq abidəsinin idarə olunması üçün iqtisadi strategiyanın dəyişdirilməsini tələb edərək tətilə başlayıblar.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

İşçilərin qülləni idarə etmək üzrə mövcud strategiyanı pisləməsi səbəbindən qülləyə giriş bağlanıb. Onların fikrincə, hazırkı iqtisadi model tələb olunan təmir xərclərinin aşağı təxminlərinə və gələcək gəlirin yüksək gözləntilərinə əsaslanır.

Həmkarlar ittifaqları koronavirus pandemiyasından sonra turistlərdən gələn gəlirin 120 milyon avrodan çox azaldığına diqqət yetirməyi tələb edirlər. Onlar Eyfel qülləsini yaxşı vəziyyətdə saxlamaq üçün lazım olan təmir işlərini maliyyələşdirəcək xüsusi fondun yaradılmasını tələb edirlər.

Xatırladaq ki, Eyfel qülləsi sonuncu dəfə işçi tətilinə görə 2023-cü il dekabrın 27-də, yaradıcısının ölümünün 100-cü ildönümündə bağlanmışdı.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti