ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 540 min barel səviyyəsində proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə EIA-nın "Qısamüddətli enerji perspektivi" adlı hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.
2027-ci il üçün neft hasilatı proqnozu qurumun fevral proqnozu ilə müqayisədə eyni qalıb.
Gələn ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir ki, bu da fevral ayında verilən proqnozla müqayisədə eynidir.
2027-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Bu da qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.
Agentlik həmçinin 2027-ci ilin üçüncü və dördüncü rüblərində Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır. Bu, qurumun ötən ay açıqladığı proqnozla müqayisədə eynidir.