IMG-LOGO

Təmiz hava udmaq istəyən sərnişin təyyarənin qapısını açmağa cəhd etdi

26.11.2023 00:07 69 baxış
IMG

Nyu-Yorkdan İnçxona uçan təyyarədə 26 yaşlı qız böyük səs-küyə səbəb olub. O, havada Korean Air təyyarəsinin təcili çıxış qapısını açmağa çalışıb.

Lent.az xəbər verir ki, o, "uçuş zamanı təmiz hava udmaq" üçün bu cəhdləri dəfələrlə edib. Koreyalı qadın havaya qalxdıqdan on saat sonra təyyarə salonundakı qapalı məkandan çıxış yolu axtarmağa başlayıb. Stüardessalar onu çətinliklə sakitləşdirə biliblər.

Qız təxminən altı ay Nyu Yorkda yaşayıb və bundan əvvəl onun heç bir məlum psixi problemi olmayıb. Lakin hava hadisəsindən sonra aparılan narkotik testi müsbət nəticə verib.  

Xəbər lenti