İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində İranın dörd diplomatı həlak olub.
"Report" xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
Missiyanın məlumatına görə, hadisə martın 8-i səhər saatlarında diplomatların müvəqqəti qaldığı hoteldə baş verib.
İran tərəfi vurğulayıb ki, diplomatlar Livan ərazisində öz dövlətlərinin rəsmi nümayəndələri kimi xidmətdə olublar.