Böyük Britaniyanın "HMS Dragon" hərbi gəmisi Portsmutdakı hərbi dəniz bazasını tərk edərək Kiprin müdafiəsi üçün Şərqi Aralıq dənizinə yollanır.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Bildirilib ki, esmines adadakı Britaniya aviabazalarının mühafizəsi, həmçinin İran və onun müttəfiqləri tərəfindən mümkün pilotsuz uçuş aparatı və ya raket hücumlarının qarşısını almaq üçün regiona göndərilib.
Qeyd edək ki, Britaniya həmçinin "RFA Lyme Bay" desant gəmisini regionda yerləşdirmək üçün hazırlayır.