IMG-LOGO

Danışılmış oyunlarda iştirak edən rusiyalı idmançıya üç il doqquz aylıq cəza verilib

10 Mar 2026 20:59 16 baxış
IMG

Beynəlxalq Tennis Bütövlüyü Təşkilatı (ITIA) rusiyalı Alana Tuaevanı danışılmış oyunlarda iştirak etdiyinə görə üç il doqquz ay müddətinə diskvalifikasiya edib.

"Report" xəbər verir ki, Tuaevanın diskvalifikasiyası 19 dekabr 2025-ci ildən qüvvədədir və 2029-cu il sentyabrın 18-də başa çatacaq.

Rusiyalı idmançı ona qarşı irəli sürülən bütün ittihamları, o cümlədən 2023 və 2024-cü illərdə iki turnirdə oyunların danışılmasında iştirak etdiyinə görə qayda pozuntularını etiraf edib.

Tuaevanın 26 yaşı var. Rus tennisçi 2025-ci ilin sentyabr ayında karyerasının ən yüksək dünya reytinqində 1282-ci yerə çatıb.

Xəbər lenti