IMG-LOGO

Axşamlar izləyə biləcəyiniz 3 mini serial

10 Mar 2026 19:20 4 baxış
IMG
1 0

Həftəsonu film və serial marafonu planlaşdıranlar üçün Prime Video üç aktual layihə təqdim edir: kriminal dramalardan tutmuş komediya eksperimentlərinə qədər müxtəlif janrlarda ekran işləri.

Lent.az reytinqlərə başçılıq edən və qısa formatları sayəsində bir neçə axşam ərzində rahat izlənə biləcək serialları təqdim edir.

Cross

Ceyms Pattersonun bestsellerləri əsasında çəkilən və baş rolda Oldis Hocun oynadığı ekranlaşdırma "Amazon"un “Riçer” və “Boş” kimi layihələri ilə yanaşı platformanın əsas franşizalarından biri kimi mövqeyini möhkəmləndirir. Oldis Hoc Vaşinqtondan olan dahi, lakin ziddiyyətli detektiv obrazını canlandırır.

Jury Duty

Bu layihə realiti-şou ilə komediya serialının unikal qarışığıdır. Məhkəmə prosesində iştirak edənlərin hamısı aktyordur, yalnız bir nəfər – Ronald Qladden baş verənlərin real olduğuna inanır.

Niyə baxmağa dəyər: Birinci mövsüm cəmi 30 dəqiqəlik 8 qısa epizoddan ibarətdir. Bu isə 20 mart 2026-cı ildə yayımlanacaq ikinci mövsümün (“Korporativ istirahət”) premyerasından əvvəl serialı yenidən xatırlamaq üçün ideal vaxtdır.

Young Sherlock

Həftənin əsas premyerası Qay Riçinin rejissorluğu ilə təqdim olunub. Süjet əfsanəvi detektiv Şerlok Holmsun gənclik illərindən bəhs edir. Baş rolda Hiro Fayns Tiffin çıxış edir. Qəhrəman qətl hadisəsini araşdırmağa çalışarkən böyük bir sui-qəsdin mərkəzinə düşür və eyni zamanda öz azadlığını qorumağa çalışır.

Niyə baxmağa dəyər: Serialın bütün 8 seriyası 4 mart çərşənbə günü platformada yayımlanıb. Layihə artıq həm peşəkar tənqidçilərdən (83 faiz), həm də tamaşaçılardan (85 faiz) müsbət rəylər alıb.

Daha əvvəl biz “Gənc Şerlok” serialı haqqında yazmışdıq. Amazon Prime Video platformasında bütün səkkiz epizod artıq izlənilə bilər.

serial Young Sherlock Jury Duty Cross

Xəbər lenti