BƏƏ yanğına səbəb olan PUA zərbəsindən sonra ehtiyat tədbiri kimi iri Ər-Rüveys neft emalı kompleksinin fəaliyyətini dayandırıb.
"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
"Abu Dhabi National Oil Co." (ADNOC) dövlət şirkəti müəssisədə zərərin qiymətləndirilməsini aparır.
Qeyd olunub ki, zavodun emal gücü sutkada 922 min barel neft təşkil edir.