Almaniyanın federal kansleri Fridrix Merts Birləşmiş Ştatlar və İsrailin İranla hərbi əməliyyatların tez və inandırıcı şəkildə başa çatdırılması üçün vahid planının olmadığını bildirib.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Mertsin bəyanatına istinadən məlumat yayıb.
"Birləşmiş Ştatlar və İsrail artıq bir həftədən çoxdur ki, İrana qarşı müharibə aparır. Biz bu məqsədlərin bir çoxunu bölüşürük, lakin müharibənin getdiyi hər gün daha çox sual yaranır", - kansler bildirib.
"Bizi xüsusilə narahat edən odur ki, görünür, bu müharibənin necə tez və inandırıcı şəkildə başa çatdırıla biləcəyinə dair ümumi plan mövcud deyil", - o əlavə edib.