IMG-LOGO

Pərviz Şahbazov növbəti vətəndaş qəbulu keçirib

10 Mar 2026 17:40 3 baxış
IMG

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə vətəndaş qəbulu keçirilib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, nazirlikdə təşkil olunan qəbul zamanı mənzilin təbii qaz təchizatı, qaz sayğacının dəyişdirilməsi, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Xəbər lenti