Birləşmiş Ərəb Əmirliklərinin Hava Hücumundan Müdafiə (HHM) sistemləri bu gün 9 ballistik raket qeydə alıb: onlardan 8-i ələ keçirilib, biri dənizə düşüb.
"Report" xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi bu məlumatı "X" sosial şəbəkəsində yayıb.
Bundan başqa, qeydə alınmış 35 pilotsuz uçuş aparatından 26-sı ələ keçirilib, 9-u isə ölkə ərazisinə düşüb.
Yaxın Şərqdə gərginlik başlayandan bəri BƏƏ-də 262 ballistik raket qeydə alınıb: onlardan 241-i məhv edilib, 19-u dənizə, 2-si isə ölkə ərazisinə düşüb. Bununla yanaşı, İrana məxsus 1 475 pilotsuz uçuş aparatının 1 385-i ələ keçirilib, 90-ı isə BƏƏ ərazisinə düşüb. Həmçinin 8 qanadlı raket aşkarlanaraq məhv edilib.