IMG-LOGO

Qubanın üç kəndinin adının dəyişdirilməsi təklif edilir

10 Mar 2026 17:55 4 baxış
IMG

Quba rayonun üç kəndinin adının dəyişdirilməsi müzakirə ediləcək.

Bu barədə "Report"a Milli Məclisin Toponimiya komissiyasının sədr müavini Musa Quliyev məlumat verib.

O qeyd edib ki, komissiyanın sabahkı iclasında Qubanın Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev kəndinin isə Bəhrəli adlandırılması təklif ediləcək:

"Məqsəd həmin kəndlərin adının milliləşdirilməsidir".

M.Quliyev əlavə edib ki, dəyişikliklə əlaqəli müzakirənin aparılması və parlamentə tövsiyə olunması nəzərdə tutulub.

Xəbər lenti