IMG-LOGO

Kovaç: Macarıstan parlamenti Ukraynanın Aİ-yə daxil olmasına qarşı qətnamə qəbul edib

10 Mar 2026 16:13 4 baxış
IMG

Macarıstan parlamenti Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasını və ölkəyə dəstəyə qarşı qətnamə qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç sosial şəbəkələrdə bildirib.

Qətnaməyə 142 deputat dəstək ifadə edib, 28 nəfər əleyhinə çıxıb, 4 nəfər isə bitərəf qalıb.

"Qətnamədə Macarıstan hökumətinə Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlamasını dəstəkləməmək çağırışı yer alır", - o bildirib.

Dövlət katibi qeyd edib ki, ölkə Ukraynanın Aİ-yə daxil olmasına qarşıdır, çünki ölkə müharibə vəziyyətindədir və onun qəbul edilməsi Avropa İttifaqının münaqişənin birbaşa tərəfinə çevrilməsinə gətirib çıxara bilər.

Z.Kovaç vurğulayıb ki, qanunvericilər, həmçinin Ukraynaya dəstəyin davam etdirilməsinin maliyyə nəticələri barədə xəbərdarlıq edərək Aİ-nin müharibə başlayandan bəri artıq 193,3 milyard avro məbləğində yardım göstərdiyini deyiblər.

Xəbər lenti