IMG-LOGO

Fəallar Parisdəki nüvə sammitində Makron və Qrossinin çıxışını pozmağa cəhd ediblər

10 Mar 2026 17:02 3 baxış
IMG

"Greenpeace" hərəkatının İki fəalı Fransa Prezidenti Emmanuel Makron və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossinin Parisdə keçirilən II Ümumdünya Nüvə Enerjisi Sammiti iştirakçılarının salamlanması mərasimini pozmağa cəhd ediblər.

"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Qara kostyum və qalstukda olan etirazçılar əllərində üzərində "Greenpeace" loqosu, eləcə də "Nüvə enerjisi = enerji müdafiəsizliyi" və "Nüvə enerjisi Rusiyanın müharibəsini alovllandırır" yazıları olan bannerlər tutublar.

Mühafizə əməkdaşları hər iki etirazçını ərazidən uzaqlaşdırıblar. Bundan sonra Makron və Qrossi sammitin qonaqlarını qarşılamağa davam ediblər.

Xəbər lenti