IMG-LOGO

Borcu istədiyimiz vaxt tələb edə bilərik? - CAVAB

10 Mar 2026 16:26 10 baxış
IMG
1 0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual verilən borcu istənilən vaxt tələb etməklə bağlıdır.

Verilən borcu istənilən vaxt tələb etmək olar?

Lent.az xəbər verir ki, Mülki Məcəllənin 742.2-ci maddəsinə görə, əgər müqavilədə borcun qaytarılması üçün müddət müəyyən edilməyibsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. 

Tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmayıbsa, bu halda borcalan borcu bir ay müddətində qaytarmalı, habelə, haqq və digər faizləri ödəməlidir. 

 

borc vermək borc almaq bir sual - bir cavab

Xəbər lenti