IMG-LOGO

İsrail XİN Braziliya Prezidentini arzuolunmaz şəxs elan edib

19.02.2024 15:12 47 baxış
IMG

İsrailin xarici işlər naziri İsrael Kats Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanı arzuolunmaz şəxs elan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Braziliyanın İsraildəki səfiri ilə müzakirələrdən əvvəl deyib.

“Prezidentə çatdırmaq istərdim ki, biz onu bağışlamayacağıq və o, sözlərini geri götürərək üzr istəməyənə qədər İsraildə arzuolunmaz şəxs olacaq”, - nazir bildirib.

O, bu addımın Braziliya liderinin Qəzza zolağındakı müharibəni Holokostla müqayisə etdiyi üçün atıldığını deyib.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti