Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qoyduqları Böyük Britaniyaya məxsus “Rubymar” gəmisi batıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Qeyd edək ki, husilər gəmiyə qarşı raket hücumu həyata keçirib. Nəticədə ciddi zərər görən gəmi batıb.
11:48Husilər Ədən körfəzində Böyük Britaniyanın “Rubymar” gəmisinə raket hücumu həyata keçirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının açıqlamasında bildirilib.
Qeyd edilib ki, nəticədə gəmi ciddi zərər görüb.
Məlumatda vurğulanır ki, zərərə görə “Rubymar” gəmisi Ədən körfəzində batma təhlükəsi yaşayır.
Bizim WhatsApp kanalımıza abunə olun