IMG-LOGO

Baş nazir: “Finlandiyada ABŞ-nin nüvə silahlarını yerləşdirməyə ehtiyac yoxdur”

19.02.2024 11:17 45 baxış
IMG

Finlandiya ABŞ-nin nüvə arsenalını öz ərazisində yerləşdirməyə ehtiyac görmür.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Finlandiya NATO çərçivəsində vəzifələrini yerinə yetirməyə hazırlaşır və artıq adi silahlardan istifadə etməklə alyansa qarşı potensial təhlükələrin qarşısının alınmasında iştirak edir:

“Amma ABŞ-nin nüvə silahlarının Finlandiyada yerləşdirilməsinə ehtiyac yoxdur, çünki NATO nüvə silahlarından istifadən çəkinməyi təmin edir. Nüvə silahları alyansın bir neçə ölkəsində yerləşdirilib və bu kifayətdir”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti