IMG-LOGO

ABŞ vətəndaşlarını Türkiyənin cənub-şərqini tərk etməyə çağırıb

09 Mar 2026 16:05 2 baxış
IMG

ABŞ Adanadakı Baş Konsulluğunun heyətinin bir hissəsini təxliyə etməyi planlaşdırır və təhlükəsizlik təhdidinə görə öz vətəndaşlarını Türkiyənin cənub-şərqini tərk etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

ABŞ-nin Ankaradakı səfirliyinin məlumatına görə, Dövlət Departamenti kritik əhəmiyyətli funksiyaları yerinə yetirməyən əməkdaşlara, eləcə də onların ailə üzvlərinə Adanadakı Baş Konsulluğu tərk etməyi əmr edib.

"Türkiyənin cənub-şərqində olan ABŞ vətəndaşlarına təcili olaraq regionu tərk etmək tövsiyə olunur", - məlumatda qeyd edilib.

Xəbər lenti