IMG-LOGO

Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

06 Nov 2026 01:51 4 baxış
IMG

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.

"Ermənistan artıq iki ildən çoxdur ki, üzvlük haqlarını ödəmir, buna görə də onun üzvlüyünün müvəqqəti dayandırılması - daha dəqiqi, üzvlük haqları ödənilənə qədər səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxıla və qərar qəbul edilə bilər", - o deyib.

Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır.

Qeyd edək ki, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti