IMG-LOGO

“WhatsApp”da foto və videolarla bağlı yeniliyi istifadəyə verdi

06 Nov 2026 01:54 4 baxış
IMG
1 0

 

“WhatsApp” istifadəçilərə son çəkdikləri foto və videoları söhbətlərdə paylaşmağı təklif edən yeni funksiya hazırlayır.

Lent.az xəbər verir ki, yenilik sayəsində istifadəçi söhbət pəncərəsini açdıqda mesaj yazmaq bölməsinin üstündə qalereyadakı son görüntünün kiçik versiyası əks olunacaq.

İstifadəçi həmin görüntüyə toxunduqda onu redaktə edə, üzərinə mətn və stiker əlavə edə və ya göndərməkdən imtina edə biləcək.

Funksiya hazırda Android və iOS istifadəçiləri arasında sınaqdan keçirilir.

Yeniliyi istəməyənlər onu tətbiqin parametrlərindən söndürə biləcəklər.

WhatsApp

Mənbə: lent.az

Xəbər lenti