Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında birgə müdafiə haqqında Məkkə sazişinin təsdiqlənməsinə dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıb, ona əsasən üç ölkədən birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək.
Mənbə: report.az