IMG-LOGO

Dünyaca məşhur biznesmen müəmmalı şəkildə öldü

20 Feb 2026 10:43 5 baxış
IMG
1 0

Britaniyanın onlayn pərakəndə satış şirkəti ASOS-un həmtəsisçilərindən biri Kventin Qriffits Tailandda müəmmalı şəraitdə ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 58 yaşlı biznesmen Pattayada yerləşən yaşayış kompleksindəki mənzilinin 17-ci mərtəbəsinin eyvanından yıxılıb.

Mənzildə zorla daxilolma və ya qarışıqlıq əlamətləri aşkarlanmayıb. Bununla belə, hüquq-mühafizə orqanları zorakı ölüm versiyasını da istisna etmirlər. Yekun nəticələr bir neçə ay çəkə biləcək məhkəmə-tibbi ekspertizadan sonra açıqlanacaq.

Qriffits ASOS şirkətini 2000-ci ildə Londonda təsis edib. Şirkət “As Seen On Screen” (“Ekranda göründüyü kimi”) şüarından götürülmüş adı ilə onlayn geyim ticarətinin pionerlərindən birinə çevrilib.

Hadisələr ASOS Kventin Qriffits

Xəbər lenti