IMG-LOGO

SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib

05 Nov 2026 23:33 3 baxış
IMG

ABŞ-yə məxsus pilotsuz uçuş aparatı (PUA) İranın Qeşm adasının səmasında ələ keçirilib.

"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Tasnim" məlumat yayıb.

"Bir neçə an əvvəl MQM-170 tipli beşinci Amerika kəşfiyyat PUA-sı Qeşm adasının səmasında SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl elektron müharibə sistemlərinin fəaliyyəti ilə yerə endirilib", - məlumatda bildirilib.

Mənbə: report.az

Xəbər lenti