IMG-LOGO

Pərviz Şahbazov: Azərbaycanla Ukraynanın siyasi münasibətləri iqtisadi əməkdaşlıq üçün möhkəm zəmin yaradır

05 Nov 2026 23:17 3 baxış
IMG

Azərbaycanla Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasındakı müntəzəm dialoq iki ölkənin tərəfdaşlığına güclü təkan verir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Azərbaycanın energetika naziri, Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Pərviz Şahbazov komissiyanın 14-cü iclasında deyib.

Nazir xatırladıb ki, son dörd il ərzində dövlət başçıları arasında bir neçə görüş, o cümlədən Ukrayna Prezidentinin bu ilin aprelində Azərbaycana səfəri əməkdaşlığı daha da genişləndirmək üçün ortaq qətiyyəti nümayiş etdirir:

"Əla siyasi münasibətlərimiz güclü iqtisadi əməkdaşlığın qurulması üçün möhkəm zəmin yaradır. Davam edən regional çağırışlara və təhlükəsizliklə bağlı məhdudiyyətlərə baxmayaraq, biz xalqlarımızın maraqlarına cavab verən konkret nəticələr əldə edərək iqtisadi və ticarət əlaqələrini gücləndirməyə davam edirik.

İqtisadi münasibətlərimiz müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk səkkiz ayında ikitərəfli ticarət 10,5% və Azərbaycanın Ukraynaya ixracı 17% artıb. Məcmu ikitərəfli investisiyalar 513,5 milyon ABŞ dollarına çatıb".

Mənbə: report.az

Xəbər lenti