IMG-LOGO

Cəlilabad sakini dəm qazının qurbanı oldu

06 Jan 2026 00:16 9 baxış
IMG
0 0

Cəlilabadda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Üçtəpə kəndində baş verib.

Belə ki, kənd sakini 2003-cü il təvəllüdlü Şükran Sakit qızı İsayeva yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Meyit daxili və xarici müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Cəlilabad Rayon prokurorluğunda araşdırma aparılır.

dəm qazı Cəlilabad

Xəbər lenti