IMG-LOGO

NATO Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurub

09 Mar 2026 16:14 2 baxış
IMG

İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Məlumata görə, vurulan raketin parçaları Qaziantepdə boş əraziyə düşüb. Hadisədə nəticəsində zərər çəkən olmayıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilib ki, rəsmi Ankara yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir:

"Ancaq ölkəmizin ərazisinə və hava məkanına yönələn hər cür təhdidə qarşı lazımi bütün addımların qətiyyətlə və tərəddüdsüz atılacağını bir daha vurğulayırıq. Türkiyənin bu istiqamətdəki xəbərdarlıqlarına riayət edilməsinin hər kəsin mənafeyinə olduğunu xatırladırıq".

Xəbər lenti