IMG-LOGO

İsmayıl Bəqai: İndi atəşkəs üzrə vasitəçilik barədə danışmaq yersizdir

09 Mar 2026 14:05 4 baxış
IMG

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bildirib ki, hazırda Yaxın Şərqdə atəşkəs üzrə mümkün vasitəçilik səylərinin müzakirə edilməsi yersizdir.

"Report" "Al-Jazeera"yə istinadən xəbər verir ki, o, bu barədə martın 9-u keçirilən brifinqdə bildirib.

"Hazırda döyüş əməliyyatları davam edir. Bu konkret vəziyyətdə ölkənin müdafiəsindən başqa hər hansı bir şey barədə danışmaq yersizdir", - o deyib.

İ.Bəqayi əlavə edib ki, İran məcburi müharibə aparır və bunu da özü başlatmayıb.

Xəbər lenti