IMG-LOGO

"Rosatom": "Buşehr" AES-də vəziyyət mürəkkəbdir, obyektə zərbələr qeydə alınmayıb

09 Mar 2026 13:15 3 baxış
IMG

İranın "Buşehr" AES ərazisində vəziyyət mürəkkəb olaraq qalır, lakin nə stansiyanın özünə, nə də tikinti meydançasına zərbələr qeydə alınmayıb.

"Report" Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə "Rosatom"un rəhbəri Aleksey Lixaçov bildirib.

Onun sözlərinə görə, İranın "Buşehr" AES personalının təxliyəsinə hazırlıq başa çatıb, Rusiya vətəndaşlarının çıxarılması yaxın vaxtlarda baş tutacaq. Dövlət korporasiyası 150-200 nəfəri çıxarmağı planlaşdırır.

Hazırda stansiyada ümumilikdə 600 nəfər işləyir.

Xəbər lenti