IMG-LOGO

Tokioda Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək

19.02.2024 05:47 45 baxış
IMG

Yaponiya hökuməti Ukraynanın bərpası ilə bağlı konfrans keçirəcək.

“Report” xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava mətbuat konfransında deyib

Onun sözlərinə görə, iclasda Yaponiyanın Baş naziri Fumio Kişida, onun ukraynalı həmkarı Denis Şmıqal, eləcə də kənd təsərrüfatı, informasiya texnologiyaları, enerji və digər sahələrlə bağlı 200-ə yaxın Yaponiya və Ukrayna şirkətinin nümayəndələri iştirak edəcək.

“Biz inanırıq ki, müharibəyə baxmayaraq öz həyatını davam etdirən Ukrayna xalqının rifahı naminə bərpa və yenidənqurma işlərinə davamlı şəkildə dəstək vermək lazımdır. Müxtəlif ehtiyaclar mövcuddur. Biz yaşayış yerlərinin bərpasına, yenidən qurulmasına və sənayenin inkişafına kömək edəcəyik. Nəticədə bütün ölkənin bərpasına aparan Ukraynanın inkişafına dəstək verəcəyik”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti