IMG-LOGO

ABŞ-da qazın qiyməti son 30 ilin ən aşağı səviyyəsinə düşüb

19.02.2024 03:04 47 baxış
IMG

İsti qış və qaz hasilatının artması fonunda ABŞ-da təbii qazın qiyməti təxminən 30 ilin ən aşağı səviyyəsinə düşüb.

“Report”un məlumatına görə, bu barədə “Financial Times” qəzeti yazıb.

Qeyd olunub ki, evlərin qızdırılması üçün enerji sərfiyyatının daha çox olduğu ABŞ ərazisində bu qış isti keçir. Paralel olaraq, ABŞ-da qaz hasilatı 2023-cü ilin dekabrında gündəlik 105 milyard kub fut (2,97 milyard kubmetr) ilə rekord həddə çatıb.

Nəşr bildirib ki, bu cür faktorlar təbii qazın qiymətlərinin sürətli enməsinə səbəb olub. Belə ki, təkcə 2024-cü il yanvar ayının ortalarından etibarən təbii qaz 50% ucuzlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti