IMG-LOGO

Çin Almaniya ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb

19.02.2024 01:47 48 baxış
IMG

Pekin pozulmaların qarşısını almaq, daha böyük konsensusa nail olmaq, iki dövlətin əsas maraqlarına aid məsələlərdə bir-birini başa düşmək və dəstəkləmək üçün Berlinlə əməkdaşlığa hazırdır.

“Report” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə deyib.

Vanq Yi bildirib ki, ÇXR və Almaniya arasında fundamental maraqların toqquşması yoxdur və onların əlaqələri daim möhkəmlənir və genişlənir.

Onun sözlərinə görə, müasir dünyada dəyişikliklər və qeyri-müəyyənliklərlə üzləşən Çin və Almaniya qlobal iqtisadi inkişafın mühüm mühərrikləri kimi mübadilələri davam etdirməli, qarşılıqlı anlaşma və etimadı gücləndirməli, Çin-Almaniya əlaqələrini doğru yola yönəltməli, sülhə, sabitliyə, inkişafa və firavanlığa öz töhfələrini verməlidirlər.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti