IMG-LOGO

Fransa iqtisadi artım yavaşlayıb, hökumət radikal tədbirlər görür

19.02.2024 02:20 48 baxış
IMG

Fransa hökuməti iqtisadi artımla bağlı proqnozlar özünü doğrultmadığı üçün göstəriciləri aşağıya doğru dəyişmək məcburiyyətində qalıb, bunun fonunda nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etməyi planlaşdırır.

“Report”un məlumatına görə, bunu Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bryuno Le Mer deyib.

Onun sözlərinə görə, cari ildə iqtisadi artımın 1,4% olması gözlənilirdi:

“İqtisadi artımımız 1% səviyyəsində qalacaq. Bundan başqa biz geosiyasi konteksti nəzərə almalıyıq - Ukraynadakı münaqişə, Yaxın Şərqdə baş verənlər, Çindəki iqtisadi yavaşlama və Almaniyadakı tənəzzül”.

Nazir əlavə edib ki, 10 milyard avroluq qənaət planı bütün nazirliklərə şamil ediləcək: “Bu, enerji, daşınmaz əmlak və ya satınalma xərcləri ola bilər. Bütün nazirliklər milli büdcədəki paylarına uyğun töhfə verəcəklər”.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti