IMG-LOGO

Azərbaycan piy və yağ idxalını 11 %-dən çox artırıb

09 Mar 2026 10:12 4 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycan 14 milyon 868,31 min ABŞ dolları dəyərində 9 min 874,968 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən məhsulun dəyəri 11,1 %, həcmi isə 11,4 % artıb.

Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.

Xatırladaq ki, yanvarda Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Xəbər lenti