"Böyük yeddilik" (G7) ölkələri bu gün fövqəladə ehtiyatlardan neftin birgə istifadəsini müzakirə edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-i "Financial Times" qəzetinə istinadən məlumat yayıb.
Bildirilib ki, müzakirələr G7 ölkələrinin maliyyə nazirləri səviyyəsində keçiriləcək.
Məlumata görə, ABŞ də daxil olmaqla üç G7 ölkəsi artıq bu təşəbbüsə dəstəyini ifadə edib.