Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.
Bu barədə Lent.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, martın 5-də Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.
Azərbaycanla İran Azərbaycanla İran sərhədi