IMG-LOGO

U-23 Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi ilk gündə mübarizəyə başlayacaq

09 Mar 2026 09:32 5 baxış
IMG

Bu gün Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, çempionatın ilk günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Vasif Bağırov (57 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70), Səbuhi Əmiraslanov (79) və Zəfər Əliyev (97 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

Xəbər lenti