Qətərin Silahlı Qüvvələri raket hücumunu dəf edib.
"Report"un məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin Mətbuat xidməti xəbər yayıb.
"Qətər Dövlətinin Müdafiə Nazirliyi Silahlı Qüvvələrin ölkəni hədəf alan raketləri tutduğunu bildirir", - bəyanatda deyilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.